• 012-480-17-29 / 055-282-01-07
  • info@americangreencard.az

“Green Card” lotereyası nədir ?

ABŞ Dövlət Departamentinin “Green card” kimi tanınan “müxtəliflik immiqrasiya vizası” proqramı ilə hər il dünya ölkələrindən minlərlə insan Amerikada daimi yaşayış hüququ qazanır. Dövlət Departamentinin lotereya sistemi üzrə müxtəlif ölkələrin vətəndaşları arasında yaşıl kart alan şəxslər müəyyən edilir. 

ABŞ Konqresi tərəfindən yaradılmış “Diversity Immigrant Visa” – viza “DV” Proqramı (Müxtəlif millətlərin immiqrantları üçün vizalar) hər il ABŞ-ın Dövlət Departamenti tərəfindən həyata keçirilir və İmmiqrasiya və Vətəndaşlıq haqqında Qanuna (INA) uyğun olaraq aparılır. Proqram ABŞ-a aşağı immiqrasiya səviyyəsinə malik ölkələrin vətəndaşları üçün hər il 55000-dək viza təqdim etməyi nəzərə alır.

Üstünlükləri:

  1. Green card sahibinin həyat yoldaşı və 21 yaşın altındakı övladları da Amerikada yaşamaq haqqı əldə edirlər.
  2. Green card sahibi Amerikada seçmək və seçilmək hüququndan başqa bütün hüquqlara sahibdir.
  3. Green card sahibləri Amerikada işləyə və şirkət qura bilərlər.
  4. Green card sahibləri Amerikanın təhsil müəssisələrində güzəştli təhsil almaq və dövlətin verdiyi təqaüdlərdən istifadə etmək imkanına sahibdirlər.

Tələbələr üçün:

Amerikanın dövlət universitetlərində green cardla təhsil alan tələbələrinə 80%-ə qədər endirim oluna bilər. Green card sahibinin dövlətdən təqaüd almaq imkanı digər tələbələrdən daha yüksəkdir. Green card sahibləri həm təhsil ala, həm də işləyə bilərlər.

Müraciət şərtləri:

  1. Green card sahibi olmaq istəyənlər, müraciət edə biləcəkləri ölkələrdən birinin vətəndaşı olmalıdırlar.
  2. Müraciət edən şəxslər ən az orta təhsilli olmalıdırlar. Əgər orta təhsili yoxdursa son 5 il içində təcrübə, təhsil və mütəxəssislik tələb olunan bir işdə 2 il işləməlidir.
  3. Yaş məhdudiyyəti olmamaqla birlikdə 18 yaşdan yuxarı hər bir kəs bu proqrama müraciət edə bilər.
  4. İştirakçının ingilis dilini bilməyinə ehtiyac yoxdur.
  5. Yalnız internet üzərindən olub poçt vasitəsi ilə olan müraciətlərə baxılmayacaq.
  6. Evli şəxslər həm öz, həm də yoldaşları adına müraciət edərlərsə şansları daha da artmış olar.
  7. Green card proqramında qalib gələn şəxslər Amerikaya getmək və orada qalmaq məcburiyyətində deyil. Ancaq green card haqqını itirməməsi üçün green card vizasını aldıqdan sonra 6 ay müddətində 1 dəfə, sonrakı illərdə isə ildə 1 dəfə Amerikaya getməlidir.

Şəkil üçün tələblər:

  1. Bütün ailə üzvlərinin şəkilləri çəkilərək elektron formada təqdim edilməlidir.
  2. Şəkillər 5×5 ölçüdə, ağ fonda və son 6 ay ərzində çəkilmiş olmalıdır.
  3. Şəkillər üzərində photoshop proqramı vasitəsilə düzəliş etmək qadağandır.

Lotereyada necə iştirak etmək olar?

“Proqramda hamı iştirak edə bilər. Dövlət Departamenti hər il hansı ölkə vətəndaşlarının iştirak edə bilməcəyini müəyyən edir. Amerikaya 50 mindən çox insanın mühacirət etdiyi ölkələrin vətəndaşları bu proqramda iştirak edə bilməz. Azərbaycan adətən bu siyahıda olmur və vətəndaşlar müracitə edə bilər. İldə dünya boyu 85 min adam “yaşıl kart” qazanır. Onların bəzisi müsahibədən keçmir, bəziləri müraciət edib sonra maraq göstərmir. Qanuna görə ildə 55 min adama “Green card” verilməli və daimi yaşayış statusu təmin edilməlidir. Ona görə də 85 min uduş olur, amma ondan təxminən 55 min nəfəri keçir.”

Müraciət edildikdən sonra hansi müddət gözləmək və nə etmək lazimdir?

 “Müraciət etdikdən sonra heç bir şey etmək lazım deyil. Müraciət edəndə təsdiq nömrəsi verilir. O təsdiq nömrəsi çox vacibdir. Hətta kiminsə xidmətindən istifadə etdilərsə, təsdiq nömrəsini mütləq tələb etməlidirlər. Çünki yalnız o təsdiq nömrəsi olarkən adam öz nəticəsini görə bilər ki udub, ya udmayıb. Adətən, təxminən 7 ay çəkir. May ayında kimin udub-udmadığı haqda məlumatı dərc edirlər. Həmin o təsdiq nömrəsi ilə müraciətçi Dövlət Departamentinin veb saytına baxmalıdır.